Əlaqə Arxiv
news Image
2019.05.18
21:00
| A A A
Bakıda ticarət mərkəzində tüstülənmə, insanlar təxliyə edilib

Bakıda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Movqe.az-a verilən məlumata görə, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində üçmərtəbəli ticarət mərkəzinin zirzəmisində yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Hazırda binada tüstülənmə müşahidə edilir (açıq alov yoxdur).

Binada olan insanlar təxliyə edilib. Yanğınsöndürmə və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi işləri davam etdirilir.

Sizin Reklam Yeriniz