Əlaqə Arxiv
news Image
2019.05.20
18:00
| A A A
Ramin Əhmədov: ” Azərbaycanda mükəmməl sosial təminat sistemi qurulub”

“Bu gün Azərbaycanda mükəmməl sosial təminat sistemi qurulub. Bilavasitə Prezident İlham Əliyevin iradəsinə söykənən bu sistemin dayanıqlığını və davamlılığını təmin edən isə sözsüz ki, dinamik inkişafda olan iqtisadiyyatdır. bu fikirləri Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Ramin Əhmədov bildirib. “Ötən ilin ortalarından gözlənilirdi ki, 2019-cu ildən ölkədə islahatların yeni mərhələsi başlayacaq. Belə də oldu və biz indi islahatların daha aktiv fazaya keçidini, 2019-cu il üçün nəzərdə tutulan sosial paket elementlərinin tədricən açıqlanması prosesini müşahidə etməkdəyik. Ölkə əhalisi də bunu hiss edir və hər kəs aydın şəkildə görür ki, dövlət başçısı həmişə olduğu kimi, bu gün də əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bütün zəruri addımları atır. Müavinətlərin artırılması ilə bağlı son məlum sərəncam da göstərdi ki, Azərbaycanda sosial məsələlərin həlli yönündə həyata keçirən siyasət mövsümi mahiyətdə deyil, davamlı və prinsipial xarakter daşıyır. Biz cəmiyyət içində oluruq, sıravi vətəndaşlarla söhbət aparırıq və əminliklə deyə bilərik ki, sosial sahədə aparılan islahatlar, sosial təminat sahəsinin daha gücləndirilməsi və ölkədə yaşayış səviyyəsinin yüksəldilməsi istiqmətində görülən işlər cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. İnsanlar görür ki, dövlət həmişə onların yanındadır. Bunun da nəticəsidir ki, dövlət-xalq birliyi günü-gündən möhkəmlənir, Prezident İlham Əliyevin Azərbaycanı daha böyük uğurlara aparacağına olan inam daha da güclənir”.

Sizin Reklam Yeriniz