Əlaqə Arxiv
news Image
2019.05.21
18:30
| A A A
ABŞ Kənd Təsərrüfatı Departamentinin ofis rəhbəri Duane Vovoyu ADAU da olub

Gəncədə səfərdə olan ABŞ Kənd Təsərrüfatı Departamentinin ofis rəhbəri, Ayova, Minnesota və Viskonsin ştatları üzrə Risklərin idarə edilməsi Agentliyinin rəhbəri Duane Voy Gəncəyə səfəri çərçivəsində Azərbaycan Dövlət Aqrar universitetində olub.

ADAU-nun mətbuat xidmətinin xəbərinə görə rektor, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov olan görüşdə Azərbaycan Respublikası Prezident Administrasiyasının Aqrar Siyasət məsələləri şöbəsinin baş məsləhətçisi Cəfər Məhərrəmov iştirak edib.

Əvvəlcə rektor İbrahim Cəfərov qonağı salamlayıb, ona universitet haqqında geniş bilgi verib. Rektor bildirib ki, Azərbaycan Dövlətinin aqrar sahəyə və aqrar təhsilə diqqəti böyükdür. Təkcə bu il 15 milyon dollar vəsait ayrılıb. Yeni tədris korpusu, texniki peşə məktəbi tikilir və Molekulyar biologiya laboratoriyası qurulur. Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün hər şərait var. Burada sitrus zonası və mülayim iqlim mövcuddur. Əhalinin 38 faizi kənd təsərrüfatı ilə məşğul olur. Amma bizim təsərrüfat torpaqlarının və suvarma göllərinin bir qismi işğal altındadır. Təbbi ki, bunun özü də bir problemdir. Mən siyasət adamı olmasam da vəntəndaş olaraq bunu deməliyəm. Bizim bir vəzifəmiz var, o da dünya insanlarını təhlükəsiz qida ilə təmin etməkdir. Dünyanın bir tərəfi işıq, bir tərəfi qaranlıq ola bilməz. Bir olaraq tədqiqatları genişləndirməliyik. Ən əsası kənd təsərrüfatının inkişafında ABŞ təcrübəsini öyrənməliyik. Sizin fikirləriniz də biz çox maraqlı olar. Ən çox da aqrar sığorta məsələsində köməyiniz ola bilər. Eyni zamanda geniş kooperativlərin yaranmasında da məsləhətlərinizi dinləyərik. Bunu təbii ki, inzibati yolla deyil könüllü şəkildə həll etməliyik. Belə olarsa fermer aqrar elmdən, texniki təchizatdan daha çox yaralana bilər. Fermerlər üçün də dövlət bütün şəraiti yaradıb. Güzəştli texnikanın verilməsi, subsidiyalar, hətta cüzi torpaq vergisi istisna olmaqla bütün vergilərdən azad olma anoloqu olmayan şəraitdir. Rektor onu da deyib ki, 14 ixtisasda tələbə təhsil haqqı ödəmir. Onların təhsil haqqını dövlət ödəyir və təqaüdlə təmin edir. Biz Kənd Təsərrüfatı nazirliyi tərəfindən də ciddi dəstək alırıq. Bu yaxınlarda nazirlik tərəfindən universitetə 1 milyon dəyərində texnika hədiyyə edilib.

Duane Voy isə öz növbəsində səmimi qəbul üçün təşəkkür edib və Azərbaycana ikinci səfəri olduğunu bildirib. Onu da deyib ki, mən burada çıx möhtəşəm yeniliklər gördüm. Xüsusən Tədris-təcrübə təsərrüfatında və heyvandarlıq fermasında. İnkişafınız və yaradılan şərait eyni bizdə olan kimidir. Mənim işlərimdən biri də kənd təsərrüfatının sığorta məsələsidir. Sizdə olan xırda təsərrüfatlar böyüdükcə onlar universitetlə daha sıx əlaqələr quracaqlar. Məsləhət və statistika xidmətləri də sizə çox fayda verə bilər. Mən görürəm ki, bizimlə eyni istiqamətdə inkişaf edirsiniz və əminəm yaxın 5 ildə daha böyük təcrübə əldə edəcəksiniz.

Sonra Duane Voy ADAU ilə daha ətraflı tanış olub, maddi texniki bazanı görüb, quşçuluq, balıqçılıq təsərrüfatlarına, heyvandarlıq fermasına baxıb.

Əlihüseyn Şükürov.

 

Sizin Reklam Yeriniz