Əlaqə Arxiv
news Image
2019.05.21
19:39
| A A A
Azərbaycanda gəlin toyun səhəri həyatının şokunu yaşadı - VİDEO

Space TV-nin "Gəl, dərdini danış" verilişinə müraciət edən İlahənin həyat hekayəsi dinləyən hər kəsi sarsıdıb.

Movqe.az Milli.Az-a istinadla xəbər verir ki, 1 ayın gəlini olan İlahə toydan sonra həyat yoldaşının ruhi xəstə olduğunu anlayıb. Bundan sonra da onun əziyyətli günləri başlayıb:

"Toydan sonra gördüm ki, qaranlıqda oturub, öz-özünə danışır, gülür. Qorxmağa başladım. Evimizə gəlmək istəyəndə bibiləri mənə iynə vurdu. Qapını bağlayıb getməyə qoymadılar. Atasız olduğum üçün məni o evdə qulluqçu kimi saxlamaq istəyirdilər. Oğlanı yalnız nişanımda görmüşdüm. Onda iynə vurmuşdular deyə özünü normal aparırdı. İndi mebellərimi geri istəyirəm, vermirlər".

İlahənin anasının sözlərinə görə, qızı toy gecəsindən sonra həyat yoldaşı ilə yatmağa qorxub.

 

Sizin Reklam Yeriniz