Əlaqə Arxiv
news Image
2019.05.21
17:57
| A A A
1988-ci ilin Sumqayıt hadisələri ilə bağlı sənədli film çəkən Davud İmanov kim olub?

AMEA Mərkəzi Elmi Kitabxanasının “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən Sumqayıt hadisələrindən bəhs edən "Sumqayıtın əks-sədası" tammetrajlı sənədli filmin rejissoru Davud İmanov haqqında Azərbaycandilli “Vikipediya”da məqalə redaktə olunub.

Davud İmanov 20 may 1945-ci ildə Qazaxıstanın Akmolla rayonunda anadan olub. Həmin dövrdə İmanovun valideynləri Qazaxıstana 37-ci ilin repressiya qurbanı olaraq Azərbaycandan köçürülmüş və "köçürülmüş xalqlar" kimi tanınan digər millətlərin nümayəndələri ilə biryerdə yaşamışlar. Stalinin ölümündən sonra sürgün olunanlara SSRİ-nin yeni rəhbərliyi öz vətənlərinə qayıtmalarına icazə verir. Davud İmanovun ailəsi də 1957-ci ildə bəraət alaraq Azərbaycana qayıdır. İmanovlar ailəsi Azərbaycana gəldikdən sonra Sumqayıtda məskunlaşır.

Davud İmanov 1979-cu ildə Ümumittifaq Teatr və Kino İnstitutunun rejissorluq fakültəsinə daxil olub. O, 1984-cü ildə həmin institutu fərqlənmə diplomu ilə bitirib.

Ona məşhurluq gətirən əsas film Sumqayıt hadisələrindən bəhs edən İkihissəli "Sumqayıtın əks-sədası" tammetrajlı sənədli filmi olub. Sumqayıt hadisələri ilə bağlı erməni lobbisinin əleyhimizə apardığı antitəbliğata cavab olmaqla yanaşı, film həm də informasiya blokadasının yarılmasında əvəzsiz rol oynayıb.

Məqalə ilə daha ətraflı qeyd olunan linkdə tanış olmaq mümkündür.

https://az.wikipedia.org/wiki/Davud_%C4%B0manov?fbclid=IwAR1u29e89H3kaTiTRaukhckL1yZDq-Gde_ki7X4JvzZqUknM9s6W1gqmVCE#H%C9%99yat%C4%B1

Sizin Reklam Yeriniz