news Image
2019.05.23
08:33
| A A A
Dinamik inkişaf əhalinin rifah halının yüksəlməsinə töhfələr verir
Sosial-iqtisadi strategiya iqtidar-xalq münasibətlərinin şəffaflığını və etibarlılığını təmin edən başlıca səbəblərdəndir

Möhkəm təmələ əsaslanan siyasət sayəsində  bu gün Azərbaycan sürətlə inkişaf edir. Məhz

müstəqil, düşünülmüş düzgün siyasət ölkəmizə biri-birindən əhəmiyyətli uğurlar qazandırır.

Azərbaycan yüksək standartlara malik müasir dövlətə çevırilib. Dövlətin əlində gələcək ilə bağlı

inkişaf konsepsiyası var və onun müddəaları ciddi məsuliyyətlə həyata keçirilir. Güclü, qüdrətli

Azərbaycan harda yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının qürur mənbəyidir, çünki

dövlət xalq üçün çalışır, xalq ölkə üçün işləyir.

Prezident İlham Əliyevin 16 il ərzində atdığı bir-birindən əhəmiyyətli addımlar  nəticəsində Azərbaycanın hər bir sahədə digər ölkələrə örnək olmasına əsas yaradan uğurları  xalq-iqdidar birilyinin sarsılmazlığını, ölkənin sürətli inkişafını təmin edib. Əsasında insan amili dayanan sosial siyasətin ildən-ilə gücləndiyi Azərbaycanda bütün sosial proqramlar uğurla davam etdirilir və getdikcə genişləndirilir.

2019-cu il Azərbaycanda sosial təntənə ilə başlayıb və ölkənin inkişaf sürəti ilin təntənə ilə bitəcəyinə indidən zəmanət verir. Bu istiqamət Azərbaycanda idarəetmə modelinin mahiyyətindən irəli gəlir. Dövlətin iqtisadi əsasları gücləndikcə xalqın rifahı daha da yaxşılaşır. Sosial-iqtisadi strategiya iqtidar-xalq münasibətlərinin şəffaflığını və etibarlılığını təmin edən başlıca səbəbdir.

Mayın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirak edib, yeni inşa edilən Bakı sərnişin – Sabunçu dəmir yolu xətti üzrə görülən işlərlə tanış olub. Bu, əhalinin rahatlığına təsir edən daha bir sahənin müasirləşdirilməsi və mühüm sosial obyekt kimi dünya standartları səviyyəsinə çatdırılmasıdır. Azərbaycan beynəlxalq nəqliyyat qovşaqlarının infrastrukturuna daxil olmaqla özünə bu istiqamətdə əhəmiyyətli rol və nüfuz qazanıb. Bu yöndə daxili dəmiryol xətlərinin inkişafı və yüksək texnologiyalar əsasında yenidən qurulması ölkədə sürətlə inkişaf edən sosial sahənin bir hissəsidir. Xüsusilə, paytaxt Bakının ətraf qəsəbələrini bir-biri və şəhərin mərkəzi hissəsi ilə birləşdirən şəhərətrafı dəmiryol şəbəkəsinin modernləşdirilməsi hökumətin təxirəsalınmaz planları sırasındadır. Çünki, bu şəbəkə Bakı kəndlərini əhalisinin intensiv istifadə etdiyi dəmiryol nəqliyyatına aiddir.  Yeni vağzal kompleksinin açılışında sakinlərlə görüşən dövlət başçısı İlham Əliyev deyib: “Demək olar ki, hər gün ölkəmizdə - Bakıda, bütün rayonlarda, Bakıətrafı qəsəbələrdə, hər yerdə hansısa obyektin açılışı olur, istər sosial obyekt, istər infrastruktur obyekti. İndi yol çəkilişi sürətlə gedir, Sabunçu rayonunun da yollarının təmiri ilə bağlı işlər görülür. Yəni, çalışırıq, maksimum nə mümkündürsə edək ki, insanlar daha da yaxşı yaşasınlar, maddi rifah artsın, dolanışıq daha yaxşı olsun. Ona görə bu istiqamətdə bundan sonra da addımlar atılacaq. Pensiyaların, əməkhaqlarının, müavinətlərin artırılması gündəlikdə duran məsələlərdən biridir. Belə gözəl binalar vətəndaşlara xidmət edəcək”.

Pensiyaların, əmək haqlarının və müavinətlərin yüksək artımı bu ilin əvvəlində inqilabi səviyyədə baş verib. Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlarla əhalinin, xüsusilə həssas qrupların rifah halının yüksədilməsi istiqamətində növbəti ciddi addımlar atılıb. Ümumilikdə, həyata keçirilən tədbirlər 6 milyon insanın rifah halının yüksəldilməsinə səbəb olub.  Eyni zamanda, Prezident İlham Əliyevin imzaladığı sənədlərlə Prezidentin aylıq təqaüdü şəhid ailələri üçün 242 manatdan 300 manata, müharibə əlilləri - I qrup əlilliyi olanlar üçün 182 manatdan 250 manata, II qrup əlilliyi olanlar üçün 158 manatdan 230 manata, III qrup əlilliyi olanlar üçün 121 manatdan 210 manata çatdırılıb. Eyni zamanda müharibə əlillərinin müavinətləri əhəmiyyətli şəkildə artırılmaqla, I qrup əlilliyi olanlara qulluq edənlər üçün Prezidentin aylıq təqaüdü (50 manat) təsis edilib.

Belə bir geniş auditoriyada tətbiq olunan vəsait artımı ardıcıl olaraq hər il baş verir ki, bu da Azərbaycan dövlətinin xarakterindən, dövlət başçısının sosial siyasət strategiyasının mahiyyətindən doğur. Bu sahədə Dövlət Proqramları davam edir və xalqın gələcək xoş günlərini stimullaşdırır.

N.NOVRUZ