Əlaqə Arxiv
news Image
2019.05.24
12:58
| A A A
Rusiya nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Ölkəmizə səfərə gəlmiş Rusiya Federasiyası Əmək və Sosial Müdafiə naziri Maksim Topilinin rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri xiyabana gələrək, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb.

Şəhidlər xiyabanı ziyarət olunaraq, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiram ifadə olunub, şəhidlərimizin məzarları üzərinə gül-çiçək dəstələri qoyulub.

Nümayəndə heyətinin ölkəmizə səfərində məqsəd iki ölkə arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində əlaqələrin genişləndirilməsi imkanlarının müzakirəsi və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsidir

Sizin Reklam Yeriniz