news Image
2012.05.04
13:18
| A A A
17 yaş cavanlaşdıran meyvə
Alimlər insanı 17 yaş cavanlaşdıran meyvənin adını açıqlayıblar.

Onun tərkibində olan mikroelementlər hesablanıb. Bu elementlər ürəyi cavanlaşdırır, dan dövranını yaxşılaşdırır, immun sistemini gücləndirir. Britaniyalı alimlərin sözlərinə görə, hər gün müntəzəm olaraq alma yemək insanın ömrünü uzadır, orqanizmi gəncləşdirir. Bu meyvənin tərkibində olan mürəkkəb elementlər ürək-damar sisteminə müsbət təsir edir, qan damarlarının elastikliyini qoruyur. 

Alimlər müəyyən edib ki, alma infarkt, ürək xəstəlikləri, insult riski yaradan damarların divarlarının möhkəmlənməsinin qarşısını 21 faiz daha çox alır. Təcrübələrin nəticələrinə görə, müntəzəm olaraq kifayət qədər alma şirəsi qəbul edən könüllülərin ürək-damar sistemi və orqanizmi ümumilikdə 17 yaş cavanlaşma müşahidə edilib.

Türkan Nadirqızı

Movqe.Az

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs