news Image
2019.06.12
18:30
| A A A
ADAU-nun rektoru Fransanın Tuluz Universitetinin prezidenti ilə görüşüb

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov Fransanın Tuluz Universitetinin prezidenti, professor Jean Pierre Vinel və Beynəlxalq əlaqələr üzrə vitse-prezidenti Fabrice Dumas ilə görüşüb.

Qonaqları universitetdə görməkdən məmnunluğunu deyən rektor İbrahim Cəfərov dəvəti qəbul edib ADAU-ya gəldikləri üçün onlara təşəkkürünü bildirib. ADAU-nun tarixi, beynəlxalq əlaqələri və fakültələr barədə qonaqlara ətraflı məlumat verib. Rektor İbrahim Cəfərov Fransa universitetləri ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib, bu görüşü əməkdaşlığın ilk addımı kimi qiymətləndirib. Fransa universitetləri ilə daha geniş əməkdaşlıq arzusunu söyləyib. İbrahim Cəfərov Tuluz universiteti ilə ikili diplomlar və tələbə mübadiləsi istiqamətində əməkdaşlığn səmərə verəcəyinə əminliyini də diqqət çatdırıb, elmi araşdırmalar və doktorantura üzrə əlaqələrin qurulması üçün hər cür imkanın olduğunu vurğulayıb. Deyib ki, ADAU indi mükəmməl bir universitetdir və beynəlxalq səviyyədə kifayət qədər tanınır. Burada təhsil alan gənclər ən müasir tələbə evlərində yaşayırlar. Dövlət, eləcə də Kənd Təsərrüfatı naziri hər an bizim yanımızdadır və aqrar təhsilin inkişafına böyük dəstək verilir. Əslində ADAU bu gün ən şanlı dörünü yaşayır.

ADAU-ya səfərindən məmun olduğunu bildirən, hər iki ölkənin təhsildə bir çox ümumi maraqlarınını qeyd edən Fransanın Tuluz universitetinin prezidenti, professor Jean Pierre Vinel rəhbərlik etdiyi universitetdə əməkdaşlığa daim yüksək dəyər verildiyini deyib və ADAU ilə mümkün əməkdaşlıq istiqamətlərindən danışıb. Əməkdaşlıqda düzgün istiqamət seçməyin əhəmiyyətli oldğunu vurğulayan professor Jean Pierre Vinel birgə daha böyük işlər görülə biləcəyini qeyd edib. Qonaq onu da əlavə edib ki, biz bilirik Azərbaycan Dövləti sizə böyük dəstək verir və əməkdaşlıqda 1-ci olmaq istəyirik. Sizin də dediyiniz kimi birgə tədqiqatlar apara bilərik, tələbə-müəllim mübadiləsi edərik.

Sonda Jean Pierre Vinelə xatirə hədiyyəsi təqdim edilib və qonaqlar universitetin maddi-texniki bazası ilə ətraflı tanış olublar.

Əlihüseyn Şükürov.