news Image
2019.06.12
16:07
| A A A
İstifadəyə yararlı çimərliklərin işarələnməsi təklif olunur

İstifadəyə yararlı çimərliklərin fərqləndirilməsi və onların ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən layihə hazırlanır.

Movqe.az-ın məlumatına görə, bunu nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

Onun sözlərinə görə, layihəyə əsasən çimmək üçün yararlı olan ərazilərin işarələnməsi və həmin ərazilərə konteynerlərin yerləşdirilməsi təklif edilir:

"Dünyada belə bir təcrübədən istifadə olunur və ekoloji standartlara cavab verən çimərliklərə mavi bayraq sancılması ənənəsi mövcuddur. Dünyanın bir sıra ölkələrinin çimərliklərində sancılan mavi bayraq çimərliyin yüksək imic qazanmasına xidmət edir".