Əlaqə Arxiv
news Image
2019.06.13
08:10
| A A A
Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları bölgəni çəyirtkə basıb
Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli bölgəsində çəyirtkələrin kütləvi yayılması müşahidə olunur. "Report"un Gürcüstan bürosu xəbər verir ki, yerli sakinlər ziyanvericilərə ən çox Qardabani rayonu və Tbilisi-Rustavi-Qırmızı körpü magistral yolu boyu rast gəliblər. Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Kvemo Kartli bölgəsi üzrə nümayəndəliyindən hazırda çəyirtkələrin fəal dövrünün olduğu bildirilib. Çəyirtkələr insan sağlamlığı üçün təhlükəli olmasa da, əkin sahələri və məhsula ciddi ziyan vurur. Çəyirtkələrin yayıldığı ərazilərdə profilaktik tədbirlər aparılsa da, ziyanvericilərin yeni ərazilərə yayılması müşahidə olunur. Bu gündən etibarən Qardabani və Bolnisi rayonlarında çəyirtkələrin yayılmasına qarşı tədbirlər həyata keçiriləcək.
Sizin Reklam Yeriniz