Əlaqə Arxiv
news Image
2019.06.14
17:03
| A A A
Bakı şəhəri 179 nömrəli tam orta məktəbdə də “Son zəng” tədbiri keçirilib.
Tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin şöbə müdiri Şahin İsgəndərov, Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac Əliyeva, müəllim və şagirdlər, valideynlər və digər qonaqlar iştirak edib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Məktəbin direktoru Bayaz Novruzova qonaqları salamlayaraq məzunları təbrik edib və rəhbərlik etdiyi təhsil müəssisəsi haqqında ümumi məlumat verib. Tədbirdə çıxış edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva təhsilə olan dövlət qayğısını xüsusi qeyd edib və yeni məktəblərin istifadəyə verilməsini yetişməkdə olan gənc nəslin təlim-tərbiyəsində mühüm rol oynadığını bildirib. Nazir müavini təhsilin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb və 2018-2019-cu tədris ilinin uğurlarından danışıb. Məhəbbət Vəliyeva çıxışının sonunda "Son zəng" münasibətilə məzunları təbrik edib. Mərasim şagirdlərin hazırladıqları "Son zəng" ədəbi-bədii kompozisiya ilə davam etdirilib.
Sizin Reklam Yeriniz