Əlaqə Arxiv
news Image
2019.06.18
16:31
| A A A
Daha bir əməliyyat - 128,7 kiloqram heroin aşkar edilib (FOTO)

Dövlət Gömrük Komitəsi (DGK) əməkdaşlarının uğurlu əməliyyatı nəticəsində 128 kq 689 qram narkotik vasitə - heroin aşkar edilərək dövriyyədən çıxarılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Movqe.az-a verilən məlumata görə, Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinə İran İslam Respublikasından ölkə ərazisinə daxil olacaq “İveco” markalı, B979SAL/B876SAL nömrə nişanlı yük nəqliyyat vasitəsində Azərbaycandan tranzit keçməklə Avropa ölkələrinə külli miqdarda narkotik vasitələr aparılacağı barədə əməliyyat məlumatı daxil olub.

Həmin məlumata əsasən, Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına yüksüz daxil olan, Türkiyə Respublikası vətəndaşı Karataş İmdatın idarə etdiyi “İveco” markalı, B979SAL/B876SAL dövlət qeydiyyat nişanlı yük avtomobili saxlanılıb və nəqliyyat vasitəsinə “Maylo” ləqəbli kinoloji xidmət iti tətbiq edilib. Xidməti it xüsusi işarə və hərəkətlərlə yük maşının kabininə reaksiya verdiyindən yoxlama davam etdirilib və nəqliyyat vasitəsinə “Heimann Cargo Vision” rentgen qurğusunda baxış keçirilib.

Baxış zamanı avtomobilin kabinində - sürücü oturacağının arxa alt hissəsində şübhəli cizgilər müşahidə olunub. Şifahi sorğu-sual zamanı sürücü nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və ya gömrük nəzarətinə bəyan olunası hər hansı predmetin, o cümlədən narkotik və psixotrop maddələrin olmadığını bildirib.

Lakin yoxlama zamanı avtomobilin kabinində - oturacaqların arxa hissəsindəki yataq yerinin altında zavod konstruksiyasında nəzərdə tutulmuş boşluqda sonradan kustar üsulla metal lövhələrdən hazırlanan düzbucaqlı formalı çənin içərisindən gömrük nəzarətindən gizlədilən, üzərlərində “GOLD 2018 TAK” yazısı olan cəmi 251 ədəd düzbucaqlı formalı, qablaşdırılmaları ilə birlikdə ümumi çəkisi 128 kq 689 qram təşkil edən bağlamalar aşkar olunub. Baxış zamanı bağlamalarda spesifik qoxu ilə müşayət olunan, açıq-qəhvəyi rəngli narkotik vasitə - heroin olduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz