Əlaqə Arxiv
news Image
2019.06.20
09:09
| A A A
Sosial islahatlar sahəsində növbəti mühüm addım
Əhalinin rifah halının yaxşılaşdırılmasına dövlət qayğısı geniş miqyas alıb

 

Əsasında insan amili dayanan sosial siyasətin ildən-ilə gücləndiyi Azərbaycanda bütün sosial proqramlar uğurla davam etdirilir və getdikcə genişləndirilir. Prezident İlham Əliyevin 16 il ərzində atdığı bir-birindən əhəmiyyətli addımlar  nəticəsində Azərbaycanın hər bir sahədə digər ölkələrə örnək olmasına əsas yaradan uğurları  xalq-iqdidar birilyinin sarsılmazlığını, ölkənin sürətli inkişafını təmin edib. Azərbaycanın iqtisadi inkişaf strategiyasının xalqın güzəranının yüksəldilməsi prinsipi əsasında formalaşdırılması əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində sanballı layihələrin həyata keçirilməsinə imkan verib.

Möhkəm təmələ əsaslanan siyasət sayəsində  bu gün Azərbaycan sürətlə inkişaf edir. Məhz

müstəqil, düşünülmüş düzgün siyasət ölkəmizə biri-birindən əhəmiyyətli uğurlar qazandırır.

Azərbaycan yüksək standartlara malik müasir dövlətə çevırilib. Dövlətin əlində gələcək ilə bağlı

inkişaf konsepsiyası var və onun müddəaları ciddi məsuliyyətlə həyata keçirilir. Güclü, qüdrətli

Azərbaycan harda yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının qürur mənbəyidir, çünki

dövlət xalq üçün çalışır, xalq ölkə üçün işləyir.

2019-cu il Azərbaycanda sosial inqilabla başlayıb və ilin birinci rübünün iqtisadi göstəricilərinə əsasən demək olar ki, ölkənin inkişaf sürəti artıb. Bu istiqamət Azərbaycanda idarəetmə modelinin mahiyyətindən irəli gəlir. Dövlətin iqtisadi əsasları gücləndikcə xalqın rifahı daha da yaxşılaşır. Sosial-iqtisadi strategiya iqtidar-xalq münasibətlərinin şəffaflığını və etibarlılığını təmin edən başlıca səbəbdir.

Üç ay əvvəl minimum əmək haqqının 180 manata çatdırılmasının gətirdiyi sosial rifahın təəssüratı bitməmiş Prezident İlham Əliyev yeni sərəncamı ilə böyük əhali qrupuna yönəlmiş daha bir qayğı nümunəsi göstərib. Bu il sentyabrın 1-dən minimum əmək haqqı ölkə üzrə 250 manat müəyyənləşdirilib. Birdən-birə belə sıçrayış misli görünməmiş sosial uğurdur. Dövlətin sosial mahiyyəti bu tip sərəncamlarla özünü qabarıq büruzə verir. Ölkə rəhbərinin dəfələrlə qeyd etdiyi kimi, Azərbaycanda dövlət xalq üçün çalışır. Artımın əhatə etdiyi qruplara dövlət qulluqçuları, hərbi qulluqçular, hüquq-mühafizə orqanı əməkdaşları və digər xüsusi rütbəli şəxslər, müəllimlər, habelə dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan işçilər daxildir. Prinsipcə, özəl sektorda çalışan 350 min vətəndaşla yanaşı, dövlət sektorunda Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alan 600 minə yaxın şəxs yeni sərəncamın müsbət təsirini əməkhaqlarında aydın görəcəklər. Ümumilikdə isə yeni qərarlar 2 milyondan çox insanı əhatə etməklə, həm dövlət orqanlarında, həm də özəl sektorda çalışan şəxslərin maddi vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaqdır.

Bu gün qlobal iqtisadiyyat heç də yaxşı dövrünü yaşamır. Qarşılıqlı iqtisadi sanksiyalar üzərində bərqərar olan beynəlxalq ticari münasibətlər az ala müharibə qanunları ilə gedir. Böyük güclər hökmranlıq savaşı edir, beynəlxalq dəstəbazlıq böhranlara, silahlı çəkişmələrə səbəb olur. Ancaq təməli möhkəm iqtisadi qanunlara söykənən Azərbaycan iqtisadiyyatı bütün bu çəkişmələrdən uzaq duraraq ikitərəfli və çoxtərəfli formatda qarşılıqlı mənfəətə əsaslanan siyasət yürüdür. Əslində dövlətimizin iqtisadi siyasətinin məxsusi özəllikləri var ki, bu da Prezident İlham Əliyev strategiyasının baş xəttidir:balanslı, sabit və etibarlı tərəfdaşlıq. Məhz bu cür meyarlara görə bu gün Azərbaycan öz öhdəliklərini şərəflə yerinə yetirir, dövlət büdcəsinin gəlirlərini artırır və xalq vəd etdiyi qayğıları artıqlaması ilə yerinə yetirir. Dövlər başçısının son qərarları əhalinin gəlirlərinin artmasına, yığım imkanlarının genişlənməsinə şərait yaradacaq. Əhalinin alıcılıq qabiliyyətinin yüksəlməsi bazarda puı kütləsinin dövriyyəsini də sürətləndirəcək, sahibkarlar mallarını daha tez və çox satmağa nail olmaqla istehsalı genişləndirmək üçün yeni imkanlar əldə edəcəklər.

İqtisadi vəziyyətin müsbət istiqaməti isə “dövlət – vətəndaş” etimad düsturunun real köklərinin daha dərinə rişələnməsinə səbəb olacaq.

N.NOVRUZ

Sizin Reklam Yeriniz