Əlaqə Arxiv
news Image
2019.06.20
11:44
| A A A
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki qurumların sayı artırılıb

Ərazi Tikinti-Planlaşdırma Mərkəzi "Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"na daxil edilib.

Movqe.az-ın xəbərinə görə, bununla bağlı iyunun 18-də Baş Nazir Novruz Məmmədov qərar imzalayıb.

Qərarla komitənin strukturuna daxil olmayan tabeliyindəki qurumların sayı 3-dən 4-ə çatdırılıb:

1. "Azərmemarlayihə" Dövlət Baş Layihə İnstitutu.

2. Bakı Dövlət Layihə İnstitutu.

3. Azərbaycan İnşaat və Memarlıq Elmi Tədqiqat İnstitutu.

4. Ərazi Tikinti-Planlaşdırma Mərkəzi.

Qeyd edək ki, Prezident İlham Əliyev 19 mart 2019-cu ildə "Ərazi Tikinti-Planlaşdırma Mərkəzi" adlı publik hüquqi şəxs yaradılması barədə fərman imzalayıb. 

Sizin Reklam Yeriniz