news Image
2019.06.20
14:44
| A A A
“Nizami” stansiyasının eskalatoru əsaslı təmir olunur Daha bir eskalatorun əsaslı təmiri başa çatdırılıb

“Nizami” stansiyasının “LT-3” tipli 3 saylı eskalatorunda əsaslı təmir işlərinə başlanılıb. Müvafiq texniki göstəricilərinə uyğun olaraq, bu tip eskalatorlar təxminən 110.000 km qaçış məsafəsindən sonra əsaslı təmirə dayandırılır. Təmir dövründə eskalatorun əsas hissələri sökülərək, təmir-təftiş olunacaq, zəruri hissələr yenilənərək quraşdırılacaq. Sentyabr ayında eskalatorların yenidən istismara verilməsi planlaşdırılır. Qeyd edək ki, “Nizami” stansiyasının 3 saylı eskalatorunda əsaslı təmir işləri sonuncu dəfə 2012-ci ildə aparılıb. Onu da əlavə edək ki, “Həzi Aslanov” stansiyasında olan “ET-5M” tipli 2 saylı eskalatorun əsaslı təmiri artıq başa çatdırılıb və sərnişinlərin istifadəsinə verilib.