Əlaqə Arxiv
news Image
2019.06.23
19:04
| A A A
Masallıda “Vətənin müdafiəsinə hazıram!” devizi altında tədbir keçirilib

21 iyun 2019-cu il tarixdə Masallı şəhər Mədəniyyət Mərkəzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikası Gənclər Fondu Masallı Rayon İcra Hakimiyyətini ilə birlikdə “Vətənin müdafiəsinə hazıram!” devizi altında kütləvi tədbir keçirib.
Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Dövlət himni səsləndirilib.
Tədbir iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov çıxış edərək, tədbir iştirakçılarını salamlamış, bu tədbirin 4 il öncə Masallıda keçirildiyini xatırlayıb, gənclərin vətənpərvərlik tərbiyəsi istiqamətində görülmüş işlərdən söz açıb, tədbirin əhəmiyyətini vurğulayıb.
Orta məktəblərin yuxarı sinif şagirdlərinin, gənclərin, ictimaiyyətin nümayəndələrinin iştirakı ilə Masallı şəhər Mədəniyyət Mərkəzində davam etdirilən tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini general-mayor Mayıl Şahverdiyev tədbirin təşkilinə göstərdiyi dəstəyə görə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil İsrafil oğlu Hüseynovu Diplomla təltif edib. Eyni zamanda Aprel şəhidi Nurlan Əsgərlinin anası Ziba Əsgərova, vətənpərvərlik təbliğatında xidmətlərinə görə Qarabağ müharibəsi veteranı Şöhrət Novruzov, gənclərin çağırışaqədərki hazırlığı fənninin tədrisində və hərbi vətənpərvərlik işinin aparılmasında səmərəli fəaliyyətinə görə Seybətin kənd tam orta məktəbinin hərbi rəhbəri Cəmaləddin Məmmədov və həmin məktəbin şagirdi Mirəli Bağırov Diplomla təltif olunmuşlar.
Respublika Gənclər Fondunun nümayəndəsi Ramil Məmmədov ölkəmizdə gənclər siyasətinin səmərəli nəticələrinə toxunub.
"Azərbaycan - Əqanıstan Veteranları" İctimai Birliyinin sədri Məhəmməd Vəliyev öz çıxışında gəncləri yaxşı oxumağa, Vətənin keşiyində daim sayıq durmağa çağırıb.
26 iyun Azərbaycan Sılahlı Qüvvələri Gününə həsr olunmuş videoçarx nümayş etdirilmişdir.
Masallı Mədəniyyət Mərkəzinin solistləri Miriş Hüseynov, Məlahət Əzizıi Vətən, Masallı haqqında mahnılar səsləndiriblər.
"Masallı" rəqs qrupunun üzvləri tədbirə xoş ovqat bəxş ediblər.
“Vətənin müdafiəsinə hazıram!” tədbiri hərbi vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlının ifasında hərbi mahnılarla yekunlaşıb.

Əlihüseyn Şükürov

Sizin Reklam Yeriniz