news Image
2019.06.25
18:30
| A A A
Masallıda 26 İyun “Sağlam narkotiksiz həyatı seç” mövzusunda dəyirmi masa keçirilib

25 iyun 2019-cu il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin, Rayon Təhsil şöbəsinin və Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə Gənclər Mərkəzində 26 İyun BMT-nin Beynəlxalq narkotiklərlə mübarizə gününə həsr olunmuş “Sağlam narkotiksiz həyatı seç” mövzusunda dəyirmi masa keçirilib
            Tədbiri giriş sözü ilə açan Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov tədbirin əhəmiyyətindən danışdı. İdarə rəisi çıxışında bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizənin bu gün xüsusilə aktual xarakter daşıdığını, narkomaniya əleyhinə aparılan tədbirlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu və bu istiqamətdə mühüm tədbirlər həyata keçirildiyini bildirdi.
        Tədbirdə Masallı rayon Təhsil şöbəsinin metodisti Əyyar Burhanov , Rayon Mərkəzi Xəstəxanasının həkimi poliklinikanın müdiri Rasim Əzizov Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra bir sıra problemlər kimi narkotizm probleminə qarşı mübarizə tədbirləri görülməsinin vacibliyinin ön plana çəkildiyini, narkomaniyaya qarşı mübarizədə dövlət orqanları ilə yanaşı ictimai təşkilatların fəaliyyəti üçün də lazımi şərait yaradıldığını, dövrümüzün aktual, ağrılı problemi olan narkomaniya və onun fəsadları, ona qarşı mübarizə yolları ilə bağlı əhali, xüsusən də gənc nəsil arasında maarifləndirmə və təbliğat işlərinin mütəmadi olaraq aparılmasının vacibliyini qeyd etmişdirlər. 
        Sonra tədbirdə iştrakçılara mövzuya uyğun olaraq bukletlər paylanılmış və tədbir diskussiya şəkilində davam etdirilmışdır.
                                                                             

Əlihüseyn Şükürov.