Əlaqə Arxiv
news Image
2019.06.25
21:00
| A A A
Bakıda dönərxanada zəhərlənmə olub

Bakının Nizami rayonu Babək prospekti 65 ünvanında "Astoriya"nın yanındakı dönərxanada zəhərlənmə baş verib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, zəhərlənmə hadisəsindən 5 nəfər zərər çəkib.

Onların ikisinin 33, digərlərinin 30, 26 və 24 yaşları var.

Zəhərlənmə diaqnozu ilə 2 nəfər 3 saylı Bakı Şəhər Klinik Xəstəxanasına, 3 nəfər isə Kliniki Tibbi Mərkəzinə yerləşdirilib.

Hazırda onların müalicəsi davam etdirilir.

Sizin Reklam Yeriniz