Əlaqə Arxiv
news Image
2019.06.26
15:01
| A A A
Xətai rayonunda yanğınla bağlı qərargah yaradılıb (YENİLƏNİB)

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Xətai rayonunda yanğının baş verdiyi əraziyə gəliblər.

Movqe.az-ın məlumatına görə, hazırda Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri yanğınsöndürmə işlərini davam etdirilir.

Yanğınla bağlı qərargah yaradılıb.

 

14:00

Zığ şosesində fərdi yaşayış evləri yanır.

Fövqəladə Hallar Nazirliyindən Movqe.az-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Xətai rayonu, Zığ şosesində fərdi yaşayış evlərində yanğın olması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

Sizin Reklam Yeriniz