Əlaqə Arxiv
news Image
2019.06.26
15:13
| A A A
Zığ şosesi yaxınlığında baş vermiş yanğın söndürülüb

İyunun 26-da Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi yaxınlığında baş vermiş yanğın nəticəsində təqribən 6 ha ərazidə quru ot, kol-kos, ətrafa dağılmış tikinti materialları (istifadəyə yararsız), bəzi həyətyanı sahələr yanıb, 2 fərdi yaşayış evinə qismən zərər dəyib.

Movqe.az-ın məlumatına görə, yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Mülkü müdafiə qoşunlarının canlı qüvvəsi (120 nəfər) və texnikası (18 ədəd) cəlb edilib.

Həmçinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Daxili İşlər, Səhiyyə nazirlikləri, Baş Prokurorluq, "Azərsu", "Azərişıq", Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti qurumların nümayəndələri hadisə yerinə cəlb olunublar. Birgə səylər nəticəsində qısa zamanda yanğın söndürülüb, insan tələfatına yol verilməyib.

Sizin Reklam Yeriniz