Əlaqə Arxiv
news Image
2012.05.05
14:21
| A A A
Bu günə gözlənilən hava şəraiti
Mövqe.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında mayın 5-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən gecə və səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı gözlənilir. Arabir güclənən şimal küləyi əsəcək.
Havanın temperaturunun gecə 10-15 dərəcə isti, gündüz 20-24 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında mayın 5-də bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturunun gecə 11-16 dərəcə isti, gündüz 20-25 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə isti,
gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.
Hava şəraitinin qısa icmalına gəlincə isə mayın 5-6-da ölkə ərazisində hava şəraitinin nisbətən qeyri-sabit keçəcəyi, havanın tutulub açılacağı, əsasən gecə və axşam saatlarında qısamüddətli az yağış yağacağı gözlənilir. Abşeron yarımadasında arabir güclənən şimal küləyi əsəcək

Tural QABİLOĞLU
Sizin Reklam Yeriniz