Əlaqə Arxiv
news Image
2019.07.15
10:06
| A A A
Şəkidə xəsarət alanların SON VƏZİYYƏTİ barədə - RƏSMİ

Səhiyyə Nazirliyi Şəkidə baş verən hadisə ilə bağlı xəsarət alanların son vəziyyəti bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, Şəki Mərkəzi Rayon Xəstəxanasında müalicə olunan Xatirə Ağamalıyevanın (sağ baldır sümüyünün çox qəlpəli sınığı, travmatik şok) vəziyyəti ağır, Elxan Məmmədovun (onurğanın qapalı travması) vəziyyəti isə orta-ağırdır.

Kliniki Tibbi Mərkəzdə müalicə olunan İlkin Məmmədovun (ağır dərəcəli kəllə-beyin travması, sağ ayaqda sınıq), Sara Hasan (sağ bud sümüyünün qapalı travması çanaqda), Farik Hasan (sol incik sümüyünün sınığı), Al Hasan Samirə (sağ baldır sümüyünün yerdəyişən sınığı) vəziyyətləri ağır stabildir, həyati təhlükələri yoxdur.

Sizin Reklam Yeriniz