news Image
2019.07.16
09:10
| A A A
Sabirabad bazarında iki mağaza yandı-YENİLƏNİB

İndicə aldığımız məlumata görə, hadisə yerinə gəlmiş yanğınsöndürənlər tərəfindən alov lokallaşdırılaraq söndürülüb.

Yanğın nəticəsində rayonun ən böyük ticarət şəbəkəsi olan “Əmin Market”in bir mağazası və “Çıraq Market” yanıb. Yanğının ətraf ərazilərdəki ticarət obyektlərinə keçməsinə imkan verilməyib.

Hadisə nəicəsində hər iki ticarət şəbəkəsinə külli miqdarda ziyan dəyib.

Hazırda Sabirabad rayonunun rəhbərliyi də hadisə yerindədir. Faktla bağlı araşdırma aparılır.

07:40

Sabirabad rayonunda bazarda yanğın başlayıb.

Movqe.az-ın məlumatına görə, hadisə Sabirabad Mərkəzi Bazarında baş verib. Yanğın təxminən 06:30 radələrində bazardakı dükanlardan birində baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikaları cəlb olunsa da, hələlik yanğının qarşısını almaq mümkün olmayıb. Alovun bazarın. Əksər ərazilərinə yayıldığı bildirilir.

Hazırda yanğının qarşısı alınması istiqamətində tədbirlər görülür.