Əlaqə Arxiv
news Image
2019.07.19
12:40
| A A A
DİQQƏT!!! Təcili müvəqqəti qeydiyyata düşün, əks təqdirdə 30 manat cərimə olunacaqsınız

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi məlumat yaydı ki, əhali yaşadığı yer üzrə müvəqqəti qeydiyyata düşməlidir, əks təqdirdə vətəndaşı 30 manat cərimə gözləyir. Əməkdaşımız  Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi ilə əlaqə saxlayaraq bu qərarın Bakı şəhəri, yaxud ölkə ərazisində tətbiqi ilə maraqlanıb. İdarədən bildiriblər ki, bu Qərar təkcə Bakı şəhəri deyil, Azərbaycan Resbublikasının bütün ərazi və vətəndaşları üçün nəzərdə tutulub.

Əməkdaşımızın elektron qeydiyyat zamanı vətəndaşların çətinliklə qarşılaşması məsələsinə fikir bildirərkən qeyd olundu ki, elektron variantda qeydiyyata düşmə zamanı problem yaşayanlar yaşadıqları ərazi üzrə polis idarələrinin  Pasport Qeydiyyat Şöbəsinə yaxınlaşırlar.

30 manat cərimə ödəmək istəmirsinizsə, Pasport Qeydiyyat Şöbələrinə tələsin!   

Sizin Reklam Yeriniz