news Image
2012.05.05
19:56
| A A A
Sabirabadda internetin insanlara müsbət və mənfi təsirləri müzakirə olunacaq
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (ADUPDK) Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzi, eləcə də Sabirabad rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Sabirabadda mayın 8-də "İnternetin insanlara müsbət və mənfi təsiri" mövzusunda tədbir keçiriləcək. Movqe.az xəbər portalına  bu barədə ADUPDK Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzinin məsul işçisi Rauf Qarayev məlumat verib.
Onun sözlərinə görə, Sabirabad Dövlət Sosial-İqtisad Kollecində təşkil olunacaq tədbirin məqsədi uşaqların internetdən daha düzgün istifadəsinə nail olmaqdır: "Təəssüf ki, internetdən gənclərimiz cox zaman əyləncə vasitəsi kimi istifadə edir. Amma içərilərində ondan təhsil baxımından istifadə edənlər də var. Mənfi cəhətlərdən biri odur ki, bəzi hallarda onlar internetin mahiyyətini anlamırlar.
Məhz bu səbəbdən, internetin tarixi, yaranması və s. kimi məsələlərlə bağlı bir aya yaxındır ki, maarifləndirmə işi aparırıq. Onu da qeyd edim ki, əsasən internet mövzusu oğlanları maraqlandırır. Qızlar isə bu müzakirələrdə çox passivdirlər. Uşaqlarda internetlə bağlı düzgün fikir formalaşdırmaq üçün apardığımız təbliğati tədbirlər davam etdiriləcək".

Tural QABİLOĞLU

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs