Əlaqə Arxiv
news Image
2019.07.22
14:16
| A A A
Sərnişinlərin gözü qarşısında dalaşan sürücülər işdən çıxarıldı

Bakıda marşrut avtobusunun sürücüləri arasında baş vermiş dava ilə bağlı araşdırma aparılıb.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev virtualaz.org-a bildirib ki, 202 saylı müntəzəm marşrut xətti üzrə iki nəfər avtobus sürücüsünün reysdə olduğu zaman əlbəyaxa davası ilə əlaqədar yayılan məlumat nəzarətə götürülərək araşdırılıb. Xətt üzrə müvəqqəti sərnişindaşıma fəaliyyəti göstərən “Çinar-Trans MMC”-nin rəhbərliyi Bakı Nəqliyyat Agentliyinə çağırılaraq məsələ ilə bağlı izahat istənilib.

Müəyyən olunub ki, iyulun 21-də axşam saatlarında 202 saylı marşrut xətti üzrə sürücüləri Fətullayev Telman Valeh oğlu və Məsimov Kazbek Murtuz oğlu arasında mübahisə yaranıb. Xidmət olmalarına baxmayaraq hər iki sürücü avtobusda olan sərnişinləri düşürərək əlbəyaxa davaya çıxıblar.

Daşıyıcıdan dərhal peşə vəzifəsini laiqincə yerinə yetirməyərək sərnişinlərə qarşı açıq şəkildə hörmətsizlik edən sürücülərlə bağlı tədbir görülməsi tələb edilib. Həmçinin analoji halın təkrarlanmaması üçün zəruri tədbirlər həyata keçirməsi ilə bağlı ciddi xəbərdarlıq edilib. “Çinar-Trans MMC” rəhbərliyinin müafiq qərarı ilə hər iki sürücü işdən azad olunub.

Qurumdan bildirilib ki, avtobus sürüclərinin bu cür davranışı yolverilməzdir və daşıyıcılar sürücülərin gündəlik təlimatlandırılması eləcə də maarifləndirilməsi işini daha ciddi şəkildə həyata keçirməlidirlər.

Sizin Reklam Yeriniz