Əlaqə Arxiv
news Image
2019.07.23
10:13
| A A A
Səhiyyə Nazirliyi: "Bakı 2019"da 18 yaşlı türkiyəli basketbolçu sol diz oynağından travma alıb

Ötən gün "Olimpiya Gənclər Festivalı 2019" məkanlarında növbətçilik çəkən Təcili Tibbi yardım briqadalarına idmançılar tərəfindən edilən müraciətlərin sayı açıqlanıb.

Səhiyyə Nazirliyindən Movqe.az-a verilən məlumata görə,iyulun 22-də "Olimpiya Gənclər Festivalı 2019" məkanlarında növbətçilik çəkən Təcili Tibbi yardım briqadalarına idmançılar tərəfindən ümumilikdə 6 müraciət olub. 

Müraciətlərdən 5-i xırda travmalarla əlaqəli olduğundan həkimlər idmançılara yerində yadım ediblər. 

18 yaşlı türkiyəli qiz basketbolçu sol diz oynağının travması ilə müraciət edib, onu Təcili Tibbi yardım briqadası KTM-ə çatdırıb. 

Yardım edildikdən sonra buraxılıb, vəziyyəti normaldır.

Sizin Reklam Yeriniz