Əlaqə Arxiv
news Image
2019.07.23
11:33
| A A A
Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavininin Zərdabdakı vətəndaş qəbulunun vaxtı dəyişib

Prezident İlham Əliyevin tapşırığına əsasən vətəndaşların təklif, irad və müraciətləri ilə yerindəcə tanış olmaq üçün mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) rəhbərliyinin vətəndaş qəbulu vaxtı iyulun 26-na keçirilib.

ƏMDK-dan Movqe.az-a bildirilib ki, komitənin sədr müavini Rafiq Cəlilov Zərdab rayonunda vətəndaşlarla görüşəcək. Qəbul iyulun 26-da saat 11:00-da Zərdab rayonundakı Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbul zamanı komitənin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, torpaqların kadastrı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılacaq.

Qəbulda yuxarıda qeyd olunmuş rayondan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq. Qəbula yazılmaq istəyən vətəndaşlar onlayn olaraq komitənin [email protected] elektron ünvanına yaza və ya aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər: Komitənin Aparatı: (012) 490 24 08 (daxili 200 və 105), Əlaqədar şəxs: Samir Salıfov 050 800-50-65; Əmlak Məsələləri Dövlət Komitəsinin Ucar ərazi şöbəsi: (02021) 3-01-13, (02029) 6-40-43; Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi: (02021) 3-02-74, (02029) 6-62-83.

Sizin Reklam Yeriniz