Əlaqə Arxiv
news Image
2019.08.16
14:42
| A A A
Altı ay ərzində Azərbaycanda 29 min 391 nikah qeydə alınıb
29 mindən çox cütlük xoşbəxt olub

Bu ilin 6 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 29 min 391 nikah və 8257 boşanma halları qeydə alınıb.

Dövlət Statistika Komitəsindən Movqe.az-a bildiriblər ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,7-dən 6,0-a, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.

Cari ilin yanvar-iyun aylarında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 911 nəfər gələn, ölkədən isə 735 nəfər gedən qeydə alınıb. Miqrasiya saldosu müsbət 176 nəfər təşkil edib.

 

Sizin Reklam Yeriniz