Əlaqə Arxiv
news Image
2019.08.19
19:40
| A A A
Daha bir ölkə Hizbullahı terror təşkilatı elan edir

Braziliya hökuməti Hizbullahı terror təşkilatı elan etməyə hazırlaşır.

Axar.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

Məlumata görə, Braziliya Prezidenti Jair Bolsonaro ABŞ Prezidenti Donald Trampla daha yaxın münasibət qurmaq məqsədilə Hizbullahı terror təşkilatı elan etmək niyyətindədir.

Braziliya prezidentinin bu qərarının Hizbullahın müttəfiqi olan İranla münasibətlərə ciddi ziyan vuracağı bildirilir. Çünki İran bu ölkədən hər il 2.5 milyard dollarlıq mal idxal edir. Bundan başqa, Hizbullahın birbaşa hədəfə alınması ölkədə terror riskini də artıra bilər.

Məsələ bağlı qərarın Bolsonaronun Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı səfərindən sonra veriləcəyi də qeyd olunub.

Sizin Reklam Yeriniz