Əlaqə Arxiv
news Image
2019.08.20
20:59
| A A A
Pilotun ailəsi çağırış etdi
Xəbər verdiyimiz kimi qəzaya düşən pilot Rəşad Atakişiyevin nəşi bu gün səhər saatlarında sudan çıxarılaraq aidiyyəti orqanlara təhvil verilib. Sabah vidalaşma olduqdan sonra, Fəxri Xiyabanda son mənzilə yola salınacaq. Bütün xalq nigaran idi, pilotdan ümidlə xəbər gözləyirdi. Sabah dəfndir. Hər bir vətəndaş dəfn mərasimində iştirak etmək, qəhrəman pilotumuza ehtiramını göstərmək istəyir. Lakin təəssüf ki, bızi qüvvələr xalqın pilota sevgi və ehtiramından istifadə edərək hadisənin məcrasını dəyişmək istəyirlər. Sosial şəbəkədə mərhumun qardaşı Nicat Atakişiyev müraciət və çağırış edərək yaslarını yola vermək üçün kənar qüvvələri müdaxilə etməməyə çağırıb. Bizə isə pilotun ruhuna hörmət edərək, ailənin istəyinə əməl etmək qalır. Allah rəhmət eləsin!
Sizin Reklam Yeriniz