Əlaqə Arxiv
news Image
2019.08.24
15:20
| A A A
1107 nəfər dövlət qulluğunda çalışmaq arzusundadır

 

 

Ümumilikdə 41 dövlət orqanında 457 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 2-də elan olunmuş müsabiqənin müsahibə mərhələsinə ərizə qəbulu davam edir.

MÖVQE DİM-in saytına istinadla xəbər verir ki, avqustun 24-ü saat 14:20-yə olan göstəricilərə əsasən, müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün 1107 nəfər ərizə verib.

Müsahibəyə dövlət orqanları arasında ən çox vakant vəzifə Təhsil Nazirliyi (147 vəzifə) tərəfindən çıxarılıb.

Sənəd qəbulu sentyabrın 2-də başa çatacaq.

Sizin Reklam Yeriniz