Əlaqə Arxiv
news Image
2019.08.25
12:30
| A A A
Oğuzda dağlıq ərazidə meşə yanır - 2 helikopter və təyyarə cəlb edilib
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Oğuz rayonunun Baş Daşağıl kəndi yaxınlığındakı mürəkkəb relyefi dağlıq ərazidə, meşədə yanğın olması barədə məlumat daxil olub. FHN-dən Movqe.az-a verilən məlumata görə, yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti və Aviasiya dəstəsinin "BE 200 ÇS" tipli amfibiya təyyarəsi, 2 ədəd helikopteri cəlb edilib. Əlavə məlumat veriləcək.
Sizin Reklam Yeriniz