Əlaqə Arxiv
news Image
2019.09.11
11:05
| A A A
Məşhur həkimdən ŞOK AÇIQLAMA: “Dəniz havası güclü zəhərdir, öldürücü qazdır”
"Dənizdən gələn iy hidrogen sulfid qazının iyidir. Lax yumurta iyinə bənzəyir. Bu qaz əslində yüksək dozada güclü zəhərdir, öldürücü qazdır. Dəniz havasında olan dozası isə sadəcə başağrısı yaradır, gözləri qıcıqlandırır, burunu sulandırır, yuxululuq törədir və s". Movqe.az xəbər verir ki, bu sözləri anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib. O, iddia edib ki, dəniz havası düşünüldüyü qədər xeyirli deyil: "Hidrogen sulfid qazı dənizdə yaşayan fitoplankton, dəniz yosunlarının bakteriyaları yedikdən sonra buraxdığı qazlardır. Məişətdə bu qazın iyi kanalizasiyadan da gəlir, eyni qazdır. Dəniz havasının yod məsələsinə gəlincə, yoda olan gündəlik tələbat əsasən yeməklərlə ödənilir, dəniz havasındakı yod gündəlik tələbat üçün olduqca azdır. Daha oksigenli – yaşıllıq olan ərazilərdə gəzmək daha məqsədəuyğundur. Dəniz qırağı sakitlik baxımdan bəzi insanlara rahatlıq verə bilər. Amma dəniz havasının nəmişliyi və hidrogen sulfid xeyirli deyil, əksinə zərərlidir. Bir sıra ağciyər xəstəliklərinin, xüsusilə bronxial astmanı, allergik riniti, allergik bronxiti və s. kəskinləşdirə bilər. Dəniz qırağında, dənizin iyi hiss ediləcək qədər yaxınlığında yaşayan insanlar bu qazın uzunmüddətli mənfi təsirinə məruz qalır. Bulvarda qaçanları görəndə isə onların yerinə mən arıqlayıram".
Sizin Reklam Yeriniz