Əlaqə Arxiv
news Image
2019.09.12
15:05
| A A A
Sülh inkişafın əsas təməlidir

12 sentyabr 2019-cu il tarixində Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində 21 avqust -21 sentyabr tarixlərində keçirilən “ Sülh aylığı “ çərçivəsində “Beynəlxalq sülh günü” münasibəti ilə “Sülh inkişafın əsas təməlidir” mövzusunda maarifləndirci tədbir keçirilmişdir.
Tədbirdə Masallı şəhər Uşaq İncəsənət məktəbinin müəllim kollektivi iştirak etmişdir.
Masallı şəhərindəki Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva tədbiri açaraq qonaqları salamladı. O, “Beynəlxalq Sülh günü”nün yaranma tarixi haqqında məlumat verdi. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə hər il ənənəvi olaraq respublikamızda “Beynəlxalq Sülh günü” ərəfəsində 21 avqust-21 sentyabr tarixlərində “Sülh aylığı” elan edildiyi və bu aylıq çərçivəsində müxtəlif maarifləndirmə tədbirləri təşkil olunduğunu qeyd etdi.
Sonra Mərkəzdə fəaliyyət göstərən MKS-nin 32 nömrəli filial müdiri Sevanə Mənsimova çıxış edərək dünyada sülhün əhəmiyyətindən danışmış, sülhün təbliğinin mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir.
                                                                     

Əlihüseyn Şükürov

Sizin Reklam Yeriniz