news Image
2019.09.13
16:20
| A A A
AQTA yay mövsümündə baş verən kütləvi qida zəhərlənmələrinin səbəblərini açıqlayıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yay mövsümü ərzində baş verən kütləvi qida zəhərlənmələrinin səbəblərini açıqlayıb.

Movqe.az xəbər verir ki, AQTA-nın Bakı regional bölməsinin rəisi Əkbər Əliyev jurnalistlərə açıqlamasında xüsusilə yay mövsümündə bəzi qidaların sanitar-gigiyena normalarına düzgün əməl edilməsinin vacib olduğunu deyib.

Onun sözlərinə görə, bu, normativ texniki sənədlərlə müəyyən edilib: "Yay mövsümündə qida zəhərlənmələrin əsas səbəbi soyuq zəncir prinsipinə əməl edilməməsidir. Ən çox zəhərlənmələr salatlar, mayonezli qida məhsullarında qeydə alınır. Hansı ki, burada texnoloji ardıcıllığa, sanitar-gigiyenik normalara riayət olunmayıb".

Agentlik rəsmisi bildirib ki, mənşəyi məlum olmayan heyvan mənşəli və digər məhsullardan istifadə də səbəblər arasındadır: "Araşdırmalar davam etdirilir. Qeydə alınan kütləvi zəhərlənmələrlə bağlı sənədlər aidiyyəti hüquq-mühafizə orqanlarına göndərilib. Bəzi şəxslər artıq məsuliyyətə də cəlb olunub. Burada birbaşa sahibkarlıq subyektləri, ictimai iaşə müəssisələri məsuliyyət daşıyırlar ki, burada insanlar qidalanırlar. Buna görə diqqətli olmalıdılar".