news Image
2019.09.13
17:07
| A A A
Agentlik: "Leş kimi ən çox iribuynuzlu heyvanlar, xüsusilə də inək əti istifadə olur"

"Leş kimi ən çox iribuynuzlu heyvanlar, xüsusilə də inək əti istifadə olur".

Movqe.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Bakı Regional bölməsinin rəisi Əkbər Əliyev deyib.

O bildirib ki, adətən süddən kəsilən, bala verə bilməyən, zəifləmiş, xəstələnmiş, zədələnmiş heyvanları emala göndərirlər: "Cinayətkar şəbəkələr bu cür heyvanları əldə etməyə çalışır. Sabirabad rayonunda və Abşeron rayonunun Güzdək qəsəbəsində bu cür məhsulların satışının qarşısı alınaraq dövriyyədən çıxarılıb. Bununla bağlı ekspertizalar aparılır.

Baytarlıq ekspertizasından keçməyən ətin istifadə olunması inzibati məsuliyyət yaradır, bununla bağlı cərimə sanksiyası tətbiq edilir".

Bölmə rəisi bu cür ətlərdən ictimai iaşə obyektlərində istifadə edilib-edilmədiyi ilə bağlı da danışıb: "Şübhə doğuran məhsullardan nümunələr götürülür, ekspertizalar aparılır. Sözsüz ki, ekspertizaların nəticələri normativ texniki sənədlərin tələblərinə uyğun olmadığı təqdirdə və burada cinayət əməli olduğu təqdirdə hüquqi qiymətin verilməsi üçün Daxili İşlər Nazirliyinə ötürülür. AQTA bununla bağlı reydlərini davam etdirir. İlkin mərhələdə həmin ətlər dövriyyədən çıxarılır. Hazırda şəbəkənin müəyyən edilməsi istiqamətində istintaq davam edir. Sözsüz ki, biz istintaqın sonunda hansısa ictimai iaşə müəssisələrinin bu cür ətlərdən istifadə edib-etmədiyini öyrənəcəyik. Şəbəkə tam müəyyənləşəndən sonra bu barədə məlumat vermək mümkün olacaq".

money.az currency