Əlaqə Arxiv
news Image
2019.09.15
19:06
| A A A
FHN-nin yanğını söndürməyə gedən maşını çayda batdı

Quba rayonunun Qorxmazoba kəndində yaşayış evində yanğın baş verib.

Movqe.az report-a istinadən məlumatına görə, ev sahibi Həbib Məmmədovhadisə ilə bağlı FHN-in Quba Yanğından Mühafizə Xidmətinin "qaynar xətti"nə zəng edib.

Lakin yanğını söndürməyə gələn yanğınsöndürən avtomobil Vəlvələ çayında batıb. Yanan ev kənd sakinləri tərəfindən söndürülüb.

Nəticədə yaşayış evinin 1 otağı və içərisində olan mebel, yataq dəstləri yanıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, rayon mərkəzinə ən yaxın yol Vəlvələ çayının içindən keçir.

Sizin Reklam Yeriniz