Əlaqə Arxiv
news Image
2019.09.16
15:36
| A A A
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) yuxarı kurs tələbələri ilə görüş keçirilib

Aİİ rektoru Ceyhun Məmmədov tələbələri yeni tədris ilinin başlanması münasibətilə təbrik edib, onlara qədəm qoyduqları mərhələdə uğurlar arzulayıb.

Rektor ölkəmizdə təhsilin inkişafına göstərilən diqqət və qayğıdan söhbət açıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin yürütdüyü siyasətin layiqli davamçısı – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahədə atdığı addımlar, imzaladığı sərəncamlar, fərmanlar və digər sənədlər Azərbaycanda təhsilin və elmin inkişafına yönəlmişdir.

C.Məmmədov Aİİ-nin daxili nizam-intizam qaydaları, məqsəd və vəzifələri, hədəfləri, nəzərdə tutduğu layihələr haqqında tələbələrə məlumat verib. Aİİ peşəkar mütəxəssislərin yetişdirilməsini qarşısına məqsəd qoyduğunu bildirən rektor bununla bağlı tələbələrin üzərinə düşən böyük məsuliyyəti xatırladıb. Tələbələri dərslərdə aktiv olmağa, dil bilgilərinə yiyələnməyə, İnstitutun ictimai həyatında fəallıq göstərməyə çağıran rektor onlar üçün Aİİ-də dövlətin qayğı və təminatı ilə lazımi şəraitin yaradıldığını, təhsilin ödənişsiz əsaslarla keçirildiyini, pulsuz geyim və dərsliklərlə təmin olunduqlarını, xarici dil kurslarının təşkil edildiyini, mübadilə proqramları vasitəsilə təhsillərini dünyanın tanınmış universitetlərində davam etdirə biləcəklərini, məzun olduqdan sonra, ölkənin müxtəlif dövlət qurumlarında işlə təmin ediləcəklərini və digər üstünlüklərə sahib olduqlarını vurğulayıb. “Aİİ-nin məqsədi dərin biliyə, güclü şəxsiyyətə, zəngin dünyagörüşünə, yüksək mədəniyyətə malik vətənpərvər mütəxəssislərin yetişdirilməsidir”, – deyən C.Məmmədov tələbələrə dinin mahiyyətini və əsaslarını, milli adət-ənənələrimizi dərindən öyrənməyi tövsiyə edib.

İnstitutda qarşılıqlı etimada əsaslanan şəffaf müəllim-tələbə münasibətlərinin hökm sürməsi üçün tələb olunan bütün addımların atıldığını, ali təhsil müəssisəsi əməkdaşlarının tələbələrə öz övladları kimi yanaşdığını bildirən C.Məmmədov gənclərə yaradılan fürsətlərdən maksimum yararlanmağı tövsiyə edib.

Görüşün sonunda yeni tədris ilində qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb.

Sizin Reklam Yeriniz