Əlaqə Arxiv
news Image
2019.09.16
16:51
| A A A
Səhiyyə Nazirliyi: Bərdədə təcili yardım maşınının qəzaya uğraması nəticəsində xəsarət alan yoxdur

Səhiyyə Nazirliyi (SN) Bərdədə təcili yardım avtomobilinin qəzaya uğraması ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, rayonun Qaradəmirçi kəndində çağırışa gedən Təcili Tibbi Yardım avtomobili qəzaya uğrayıb. Baş vermiş qəza ilə əlaqədar Bərdə Rayon Mərkəzi Xəstəxanasına müraciət edən olmayıb.

Xatırladaq ki, hadisə nəticəsində 2 nəfərin xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə məlumat yayılmışdı.

Sizin Reklam Yeriniz