Əlaqə Arxiv
news Image
2019.09.16
17:10
| A A A
Şəmətük və Doli kəndlərində yeni məktəb binasının açılışı olmuşdur

Bu ilki “Bilik günü” bayramı rayonun Şəmətük və Doli kənd sakinlərinin yaddaşında həm də yeni məktəb binasının açılışı ilə qalacaqdır. Hər iki kəndin sakinləri uzun illər idi ki, yeni məktəbin arzusunda idilər. Dərs ilinin ilk günündə yeni məktəb binasının istifadəyə verilməsi yerli əhalinin böyük sevincinə səbəb olmuşdur. Əvvəlki səyyar qəbul və görüşlərdə sakinlər məktəb binasının tikintisinə ehtiyac olması barədə təkliflərini və arzularını icra başçısına çatdırmış, rayon rəhbərliyinin təşəbbüsü və yaxından köməkliyi ilə qısa müddət ərzində Şəmətük kəndində 20 şagird yerlik, Doli kəndində isə 40 şagird yerlik modul tipli yeni məktəb binaları tikilib istifadəyə verilmişdir.

Böyük inkişaf yolunda olan müstəqil dövlətimizdə bütün sahələrə olduğu kimi təhsilə də xüsusi diqqət yetirilir. Təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və təhsilin keyfiyyətinin yaxşılaşdırılması mühüm məsələ kimi diqqət mərkəzindədir. Son illər Astara rayonunda qırxdan çox yeni məktəb binası tikilmiş və əsaslı təmir olunmuşdur. Hazırda Burzubənd kənd tam orta, Qapıçıməhəllə kən ümumi orta, Lomin və Dürriyə kənd ibtidai məktəbləri üçün inşa edilən yeni binalarda son tamamlanma işləri aparılır. Bütün bunlar rayonda təhsilin keyfiyyətinin artırılması üçün əlverişli zəmin yaradır.

Müstəqil dövlətimizdə xalqın rifahı naminə həyata keçirilən layihələr tək məktəb tikintisi ilə məhdudlaşmır. Ölkəmizdə genişmiqyaslı tikinti-quruculuq, yeni infrastruktur layihələrin sürətlə davam etdirilməsi ulu öndər Heydər Əliyevin ideyalarını uğurla davam etdirən ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin müdrik siyasətinin parlaq sübutudur.

Yeni məktəblərin istifadəyə verilməsi tədbirlərində çıxış edənlər də son illər rayonda aparılan geniş abadlıq və quruculuq, təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən genişmiqyaslı işlərə görə ölkə başçısı möhtərəm cənab İlham Əliyevə dərin təşəkkür və minnətdarlıqlarını bildirmişlər.

Sizin Reklam Yeriniz