Əlaqə Arxiv
news Image
2019.09.17
11:30
| A A A
Şəkidə atraksiondan yıxılan tələbə qız üçün Bakıdan həkim çağırıldı

Ötən gün Şəkidə əyləncə mərkəzində atraksiondan yıxılan qız əməliyyat olunub.

Trend-in məlumatına görə, 2003-cü il təvəllüdlü X.Durmuşova Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ağır xəsarətlər alan qız dərhal əməliyyata alınıb.

Sidik kisəsinin əməliyyatı üçün Şəkiyə Bakıdan həkimlər çağırılıb. Hazırda vəziyyəti ağır orta olan X.Durmuşova reanimasiya şöbəsində müalicə alır.

 

Xatırladaq ki, X.Durmuşova Şəki Pedaqoji Kollecinin tələbəsidir.

Sizin Reklam Yeriniz