Əlaqə Arxiv
news Image
2019.09.17
11:43
| A A A
Bakıda arvadının üstünə benzin tökən polisləri də yandırmaq istədi - Rəsmi

Bakıda arvadını yandırdıqdan sonra polisləri də yandırmaq istəyən şəxs saxlanılıb.
Baş Prokurorluqdan Movqe.az-a verilən məlumata görə, sentyabrın 15-də Rasim Əhmədli keçmiş arvadı Aynurə Məmmədzadənin yaşadığı evə gedib özü ilə gətirdiyi plastik qabda olan ağ neft məhlulunu sonuncunun üzərinə tökərək yandırmağa cəhd edib, daha sonra isə onu sakitləşdirməyə çalışıb qanunsuz hərəkətlərinə son qoymağı tələb edən polis əməkdaşlarının üzərinə alışdırıcı məhlulu tökərək onları yandırmaq istəyib.
Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd) və 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb. İş üzrə hadisə yerinə baxış keçirilib, şahidlər müəyyənləşdirilərək dindirilib, müvafiq ekspertizalar təyin edilib. 
R.Əhmədli şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.
Hazırda iş üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
 

Sizin Reklam Yeriniz