Əlaqə Arxiv
news Image
2019.09.17
17:12
| A A A
DYP-nin Ekoloji Nəzarət Bölüyünə komandir təyin edilib

Azərbaycanın daxili işlər orqanlarında yeni təyinat olub.

Movqe.az-ın əldə etdiyi məlumata görə, polis mayoru Mərdan Mehdiyev Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Ekoloji Nəzarət Bölüyünün komandiri vəzifəsinə təyin edilib.

Bununla bağlı Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. 

M.Mehdiyev daha əvvəl Baş Dövlət Yol Polisi İdarəsinin 3-cü tağım komandiri vəzifəsində çalışıb.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev faktı "Report"a təsdiqləyib. 

Qeyd edək ki, Daxili İşlər naziri Vilayət Eyvazovun müvafiq əmrinə əsasən, İdarənin Ekoloji Nəzarət Bölüyünün komandiri, polkovnik-leytenant Fuad Mayılov tutduğu vəzifədən azad edilib.

V.Eyvazovun digər əmrinə əsasən, o, Sumqayıt Regional Qeydiyyat-İmtahan və texniki baxış şöbəsinin rəisi vəzifəsinə təyin olunub. 

Sizin Reklam Yeriniz