Əlaqə Arxiv
news Image
2019.09.18
11:35
| A A A
2 il öncə işdən çıxarılan rəis yenidən vəzifəsinə qaytarıldı

Bərdə Rayon Elektrik Şəbəkəsinə yeni rəis təyin edilib.

Azərişıq ASC-nin Mərkəzi Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin Bərdə rayon Elektrik Şəbəkəsinin rəisi vəzifəsinə Vidadi Babayev gətirilib. Bu barədə ASC-nin sədri Baba Rzayev müvafiq əmr imzalayıb. Rayon Elektrik Şəbəkəsinin əvvəlki rəisi Fərid Daşdəmirli bir müddət əvvəl tutduğu vəzifədən azad olunub.

Qeyd edək ki, yeni rəis V.Babayev əvvəllər Bərdə Rayon Elektrik Şəbəkəsinin rəisi olub. O, 2017-ci ildə Bərdə Rayon Elektrik Şəbəkəsinin rəisi vəzifəsindən azad olunub. (report)

Sizin Reklam Yeriniz