news Image
2019.09.19
21:13
| A A A
Ağır qəzada yaralanan “Azərişıq”ın işçiləri Bakıya göndərildilər

Qubada yol-nəqliyyat hadisəsində ağır xəsarətlər alan “Azərişıq”ın işçiləri Bakıya göndəriliblər.

Trend-in məlumatına görə, ötən gün baş verən qəzada xəsarət alan 1992-ci il təvəllüdlü Abdullayev Saleh Abuzər oğlu və 1984-cü il təvəllüdlü Rəsulov İlkin Mahir oğlu müalicələrini Bakıda davam etdirəcəklər.

Paytaxta göndərilən İ.Rəsulov "Baku City Hospital"a, S.Abdullayev isə Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasına yerləşdiriliblər.

Xatırladaq ki, ötən gün Qubada iki nəfərin ölümü, iki nəfərin isə ağır yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Azərişıq” ASC-nin işçilərini daşıyan “UAZ” markalı avtomobil Qubanın Söhüb kəndində dərəyə yuvarlanıb. Hadisə zamanı avtomobil tamamilə yararsız vəziyyətə düşüb. Qəza nəticəsində Sumqayıt sakinləri - 1958-ci il təvəllüdlü Zahid Qurbanov və 1991-ci il təvəllüdlü Namiq Rüstəmov ölüb.