Əlaqə Arxiv
news Image
2019.09.21
13:40
| A A A
SOCAR: 500-dən çox neftçi təxliyə edilib

Hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar SOCAR təhlükəsizlik tədbirləri ilə əlaqədar 500-dən çox neftçi təxliyə edilib.

SOCAR-dan Movqe.az-a verilən məlumata görə, 21-22 sentyabr tarixlərində hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar SOCAR təhlükəsizlik tədbirlərini maksimum dərəcədə gücləndirib. Dənizdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədi ilə 500-dən çox neftçi təxliyə edilib.

Bütün sahələrdə maarifləndirmə işləri aparılıb, açıq hava şəraitində işlər dayandırılıb, tikililərin və qurğuların təhlükəsiz vəziyyətə gətirilməsi haqqında göstərişlər verilib, zəruri sahələrdə növbətçilik təşkil olunub. Hava və dəniz nəqliyyatları vasitəsi ilə artıq 500-dən çox neftçi sahilə çıxarılıb.

Sizin Reklam Yeriniz