Əlaqə Arxiv
news Image
2019.09.22
16:41
| A A A
Bakıda liftdə qalan 7 nəfər xilas edilib

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi, Binəqədi və Nizami rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 3 müraciət daxil olub.

Movqe.az FHN-ə istinadən xəbər verir ki, dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən beşi azyaşlı olmaqla 7 nəfərin liftdən çıxarılması təmin edilib.

Sizin Reklam Yeriniz