Əlaqə Arxiv
news Image
2019.10.05
20:01
| A A A
Poçt rabitəsi sahəsində çalışanlar dövlətə və onun rəhbərinə sadiqdirlər
9 oktyabr-Poçt işçilərinin peşə bayramı günüdür

Dövlət siyasətini həyata keçirən əsas sahələrdən biri də poçt rabitəsi sahəsidir. Bu sahədə çalışan insanlar hər zaman öz insanpərvərlikləri ilə digər sahədə çalışan insanlardan fəqlənirlər. Poçt sahəsi vətəndaşlarla ən çox ünsiyyətdə olan xidmət sahəsidir. Əhalinin bütün təbəqələri bu sahənin xidmətlərindən mütamadi və səmərəli istifadə edirlər.
“Azərpoçt” MMC-nın zəhmətkeş qüvvələrindən olan Masallı poçt filialı işçiləri hər gün yüzlərlə vətəndaşla təmasda olub, onların istər komunal xidmət haqlarının ödənilməsi , istərsə bank-maliyyə xidmətlərindən istifadə, istərsə də ənənəvi poçt rabitəsi xidmətləri (məktub,teleqram, bağlamalar və s. göndərənlər) ilə əlaqədar müraciətlərini layiqincə yerinə yetirirlər Ona görə də vətəndaşlar hər an məmnunluq hissi ilə poçtdan ayrılırlar. Poçt işçiləri öz vəzifə borclarını yerinə yetirməklə yanaşı, eyni zamanda iqtidar-vətəndaş münasibətlərinin daşıyıcısı rolunu oynayırlar. Bu mənada onların üzərinə böyük məsuliyyət düşür. Onlar bilirlər ki hər bir işçi vətəndaşlarla səmimi münasibətdə olmalıdır. Çünki vətəndaş həmişə haklıdır amili poçt işçilərinin əsas devizidir.
Ölkə başçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən rabitə işçilərinə daim diqqət və qayğı göstərilir. Onun tapşırığı əsasında, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziri cənab R.Quluzadənin rəhbərliyi altında Nazirliyin digər sahələrində olduğu kimi poçt rabitəsi sahəsində də uğurlu istesalatlar aparılır, xidmət sahələrinə muasir avadanlıqlarının tətbiqi işi həyata keçirilir və bu sahənin komputer parkı günü-gündən genişlənir.
“Azərpoçt” MMC-nın Baş direktoru cənab Emin Əfəndiyevin qısa müddət ərzində göstərdiyi səmərəli faliyyət sayəsində poçt rabitəsi sahəsində əsaslı dönüş yaranmış, işçilərin iş şəraitinin yaxşılaşdırılması, vətəndaş məmnunluğuna nail olması üçün yerlərdə əməli tədbirlər həyata keçirilməkdədir.
Bütün bu qeyd olunanlar və yerlərdə əhali üçün yaradılmış şərait əhali tərəfindən rəğbətlə qarşılanıb, ölkə başçısına minnətdarlıq hissi yaradır.
Mən poçt işçisi olaraq müstəqil respublikamızın müstəqil poçtunun ikişafında rolu olan bütün əməkdaşlarımızı başda cənab Nazirimiz R.Quluzadə və “Azərpoçt” MMC-nın Baş direktoru cənab Emin Əfəndiyev olmaqla qarşıdan gələn 9 oktyabr- Poçt işçilərinin Peşə bayramı günü münasibəti ilə təbrik edir və onlara gələcək faliyyətlərində uğurlar arzulayıram.

Səfalı PAŞAYEV, Masallı Poçt Filialının əməkdaşı,
YAP Masallı rayon təşkilatının sədr müavini. “Tərəqqi medallı ”

Sizin Reklam Yeriniz